"İnter" klubunun hücumçusu Aleksis Sançes karyerasını Fransada davam etdirəcək.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, çilili futbolçu "Marsel"lə anlaşıb. Xəbərə görə, bu transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Sançes 2019-cu ildə "Mançester Yunayted"dən "İnter"ə keçmişdi. O, bu müddətdə bütün turnirlərdə 108 oyuna çıxıb, 20 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.