Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksis Beka Bekanı transfer etməyə hazırlaşır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Klub 21 yaşlı oyunçu üçün qarşı tərəfə 14 milyon avro ödəməyi planlaşdırır.
Qeyd edək ki, Aleksis "Lokomotiv"ə 2021-ci ilin yayında Fransanın "Kan" klubundan keçib. O, indiyə qədər Moskva təmsilçisinin heyətində bütün turnirlərdə 28 oyun keçirib və 3 qol ötürməsiylə yadda qalıb.