İngiltərənin “Nyukasl Yunayted” klubu Neymarı transfer etmək üçün hərəkətə keçib.
Offsideplus.az "Times" nəşrinə istinadla xəbər verir ki, braziliyalı hücumçu PSJ rəhbərliyi ilə görüşüb və klubdan ayrılmaq barədə qərar qəbul edib. Məlumata görə, Neymar İngiltərə Premyer Liqasında çıxış etmək istəyir.
Ərəb iş adamlarının aldığı “Nyukasl Yunayted” Neymarı transfer etmək üçün lazımi qədər büdcə ayırmağa hazırdır.
30 yaşlı "sambaçı" 2017-di ildən Fransa təmsilçisinin uğurları üçün çalışır.