"Roma" klubunun baş məşqçisi Joze Mourinyo PSJ-ni çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi portuqaliyalı mütəxəssisin hazırkı baş məşqçi Maurisio Poçettinonu əvəzləmək variantını nəzərdən keçirir .

Fransa klubunun yeni idman direktoru Luiş Kampuşun "Real"da birgə işlədiyi Mourinyo ilə münasibətlərinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Mourinyo 2021/2022 "Roma" ilə Konfrans Liqasının qalibi olub.