Madrid "Real"ının sabiq baş məşqçisi Zinəddin Zidan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə PSJ-nin baş məşqçisi vəzifəsinə təyinatla bağlı danışıqlar aparıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Qeyd edək ki, ötən qış PSJ-nin sahibləri artıq Zidanı kluba rəhbərlik etməyə inandırmağa çalışsalar da, mütəxəssis bundan imtina edib. Paris klubunun hazırkı baş məşqçisi argentinalı mütəxəssis Maurisio Poçettinodur. Onunla yolların ayrılacağı gözlənilir.