PSJ-nin futbolçusu Anxel di Mariya "Yuventus"a keçəcək.

 Offsideplus.azD "Calciomercato"ya istinadən xəbər verir ki, Turin klubu yayda Paris təmsilçisi ilə müqaviləsi başa çatacaq olan yarımmüdafiəçini azad agent olaraq heyətinə cəlb edəcək. 34 yaşlı argentinalı da Fransadan ayrılmağa müsbət yanaşır.

Qeyd edək ki, Di Mariya 2015-ci ildən PSJ-də çıxış edir.