PSJ klubunun fransalı futbolçusu Kilian Mbappe serialda çəkilməkdən imtina edib.

Offsideplus.az xəbər verir ki, məşhur "Netflix" şirkəti 23 yaşlı hücumçuya "10 faiz" filmində rol almağı təklif edib. Lakin o, məşğul olduğu üçün bundan imtina edib.

Daha sonra serialın yaradıcıları bu rol üçün basketbolçu Toni Parkerə təklif göndəriblər.