PSJ-nin futbolçusu Serxio Ramos karyerasını ABŞ-da davam etdirməyə yaxındır.

 Offsideplus.az "Footmercato"ya istinadən xəbər verir ki,  MLS təmsilçisi "Los Anceles Qalaksi" 35 yaşlı ispaniyalı müdafiəçiyə təklif göndərməyə hazırlaşır. Bu mövsüm zədə səbəbindən Paris klubunda 5 matça çıxan oyunçunun yayda okeanın o tayına gedəcəyi gözlənilir.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsümün əvvəli azad agent kimi PSJ-yə keçib.