PSJ-nin müdafiəçisi Serxio Ramos Çempionlar Liqasındakı "Brügge" ilə matçı buraxmalı olacaq.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı matador komandaya qoşulmaq üçün fərdi məşqlər edəcək.
Ramosun Paris təmsilçisiylə sözləşməsi 2023-cü ilə kimidir.
Qeyd edək ki, bu ilin yayında PSJ-yə qoşulan Ramos zədə səbəbindən sadəcə, 1 maçta meydana çıxa bilib.