PSJ qışda heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Vulverhempton"un 20 yaşlı fransalı sol cinah müdafiəçisi Rayan Ait - Nouri transfer siyahısına alıb.

Oyunçunun hazırkı klubuyla 2026-cı ilədək sözləşməsi var.

Qeyd edək ki, Rayan 2020-ci ildən "canavarlar"ın şərəfini qoruyur. O, bu mövsüm 10 maçta iştirak edib və 2 məhsuldar ötürmə edib.