"Roma" və "Yuventus" PSJ-nin futbolçusu Leandro Paradesi heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, hər iki klub yanvarda 27 yaşlı argentinalı oyunçu üçün hərəkətə keçəcək. Adı çəkilən yarımmüdafiəçi bu mövsüm Paris təmsilçisi ilə 3 rəsmi maçta meydana çıxıb.

Xatırladaq ki, Parades 2019-cu ildə 40 milyona "Zenit"dən PSJ-yə transfer olunmuşdu.