PSJ klubunun ulduz futbolçusu Serxio Ramos zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı ispaniyalı müdafiəçi bu gün komanda ilə məşqlərdə iştirak edib.

Qeyd edək ki, bu ilin yayında PSJ-yə keçən Serxio zədələrdən əziyyət çəkdiyi üçün hələ də komandada rəsmi debüt etməyib.