PSJ klubunun italiyalı futbolçusu Marko Verratti zədələnib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Fransa Liqa 1-in 11-ci turunda "Marsel"lə görüşdə sıradan çıxıb.
29 yaşlı oyunçunun bud əzələsindən xəsarət aldığı və onun 4 həftə meydana çıxa bilməcəyi açıqlanıb.
Verratti İtaliya millisinin İsveçrə və Şimali İrlandiya ilə DÇ-2022-nin seçmə matçlarında da iştirak etməyəcək.