"Çelsi"nin müdafiəçisi Tiaqo Silva PSJ-nin Serxio Ramosla müqavilə imzalamasını qəbul edə bilmir.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə "ESPN"ə danışıb:

 "Serxio Ramosa qarşı mənfi olaraq heç bir hissim yoxdur, lakin ona iki illik müqavilə təklif etdikləri an, özü bir il öncəki yaşımda idi. Bu məni həqiqətən də məyus etdi. Bu barədə heç kəslə danışmamışam. Amma doğurdan da məni üzdü, çünki, klub üçün heç nə etməmişəm kimi hiss etdim. Ayrılmağım bağlanmış dəftərdir, lakin eyni zamanda olanlar haqda çox düşünürəm. 

 Məncə, hər şey fərqli ola bilərdi. Çünki PSJ-də 8 gün və ya 8 ay keçirməmişəm. Çoxlu qələbələri ehtiva edən, PSJ-ni bugünkü səviyyəsinə gətirən 8 il idi. PSJ-nin qalib gəlməyini istəyirəm, çünki klub bütün hörməti haqq edir. Lakin içimdə üzüntü var".