Fransa Birinci Liqasının "Nitsa" və "Marsel" komandaları arasında 3-cü turunun matçı yarımçıq qalıb.

Offsideplus.az xəbər verir ki, matç zamanı azarkeşlər kütləvi şəkildə meydançaya qaçıblar və oyunçularla dalaşıblar. Münaqişə "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli azarkeşlər meydançaya soxulublar.

Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb.

Fransa mətbuatı oyunun davam etdirilməyəcəyini yazıb.

Qeyd edilir ki, "Marsel" futbolçuları meydançaya çıxmağı və oyunu davam etdirməyi istəməyiblər. Birinci Liqanın reqlamentinə əsasən, komandanı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.