"Lion" "Barselona"dakı yetirməsinin xidmətində maraqlıdır.
Offsideplus.az "Sport.es"ə istinadla xəbər verir ki, fransızlar Samuel Umtitini icarəyə götürmək istəyir. Mənbənin məlumatına görə, lionlular keçidin baş tutması üçün danışıqlara başlayıb. "Lion" istəyinə çatsa, 27 yaşlı müdafiəçinin 50 faizini "Barsa", yerdə qalan 50 faizini isə "Lion" ödəyəcək.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2016-cı ildə 25 milyon avro qarşılığında "Lion"dan "Barselona"ya keçmişdi.