“Yuventus”un qolkiperi Canluici Buffon karyerasını Fransada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, PSJ italiyalı qapıçının xidmətində maraqlıdı.

Paris klubu Buffonun ilinə 8 milyon avro təklif edir. Bununla yanaşı, rəhbərlik kapitanlıq sarğısını da 40 yaşlı qolkiperə verməyə hazırdı.

 Məlumatda Buffonun təklifi qəbul edəcəyi təqdirdə yeni komandasının əsas qapıçısı olacağı bildirilib.

Qeyd edək ki, Canluici Buffon sabah “Verona” ilə görüşdə sonuncu dəfə “Yuventus” formasını geyinəcək.(apasport.az)