Madrid "Real"ından ayrılan Serxio Ramos karyerasını PSJ-də davam etdirəcək.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 35 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalamaq barədə razılıq əldə edib.

İspan futbolçunun tibbi müayinədən keçmək üçün bu günlərdə Fransa paytaxtına gələcəyi bildirilir.

Qeyd edək ki, təcrübəli müdafiəçi 2005-ci ildən "kral klubu"nun şərəfini qoruyurdu.