PSJ heyətini məşhur futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Liverpul"un məşhur futbolçusu Corcinyo Veynaldumu transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Qırmızılar"la anlaşması başa çatan 30 yaşlı yarımmüdafiəçi PSJ ilə 2024-cü ilin iyununadək müqavilə bağlayıb. Yaxın saatlarda baş tutacaq tibbi müayinələrdən sonra transfer rəsmən açıqlanaq.
Qeyd edək ki, niderlandlı futbolçu ilə "Barselona" da yaxından maraqlanırdı. PSJ "Barsa"nın təklifinin iki qatını irəli sürəndən sonra Veynaldum Maurisio Poçettinonun komandasına qatılmaq qərarı verib.