Corcinyo Veynaldumun PSJ ilə müqavilə bağlaması an məsələsidir. 

Artıq bütün detallar müzakirə edilib, razılıq əldə olunub. Qalır rəsmi sənədə imza atmaq.

Offsideplus.az "De Telegraph"a istinadla xəbər verir ki, niderlandlı futbolçunun Fransa klubunda alacağı maaş da bəllidir. Veynaldum PSJ-də illik 10 milyon avro qazanacaq. Futbolçu klubun bu təklifinə isti yanaşıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi "Barselona"ya keçməyə yaxın olsa da, PSJ-nin maliyyə şərtləri daha cəlbedici oldu.