Fransa Liqasında 2017-2018-ci il mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, PSJ-nin çalışdırıcısı Unai Emeri bütün həmkarlarını qabaqlayıb.

Qeyd edək ki, Paris klubunu çempion edən ispaniyalı mütəxəssis mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb.

Əlavə edək ki, Fransa Liqasında mövsümün ən yaxşı gənc futbolçusu da PSJ-dən seçilib. Bu, Fransa millisinin üzvü Kilian Mbappedir.