Rudi Qarsiya "Lion" klubu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis özü açıqlayıb. Ötən gün "Nitsa"ya uduzaraq mövsümü 4-cü yerdə bitirən komanda Çempionlar Liqasında mübarizə aparmaq şansını əldən verib.
Mövsümün sonu müqaviləsinin müddəti başa çatan Qarsiya "Lion" ilə vidalaşdığını bildirib.
Qeyd edək ki, fransalı çalışdırıcı 2019-cu ildən "Lion"un sükanı arxasında idi.