Moyze Kin insani addımla diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, PSJ-nin hücumçusu evsizləri sevindirib. Belə ki, 21 yaşlı futbolçu Parisin Port-de-la-Şapel bölgəsində yaşayan evsiz miqrantlara qida məhsulları paylayıb. 

Qeyd edək ki, Moyze Kinin özü də miqrant ailəsində doğulub. Valideynləri illər öncə Fil Dişi Sahilindən İtaliyaya köçüb ki, PSJ-nin futbolçusu Verçellidə dünyaya gəlib.