Fransa Liqa 1-in 33-cü turunda "Paris Sen-Jermen" "Sent-Etyen"i qəbul edib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi 90+5-ci dəqiqədə Mauro İkardinin vurduğu qolla qələbə qazanıb: 3:2. Kilian Mbappe dublla yadda qalıb.

Oyunun icmalını təqdim edirik:

PSJ - "Sent-Etyen" 3:2 (K.Mbappe, 79, 87. M.İkardi, 90+5. - D.Bunqa, 77. R.Hamuma, 90+2.)