PSJ argentinalı ulduz üçün hərəkətə başlayıb.

Offsideplus.az "Todo Fichajes"ə istinadla xəbər verir ki, Fransa klubu Serxio Aquero ilə güclənmək istəyir. Hətta bu məqsədlə baş məşqçi Maurisio Poçettino ilə idman direktoru Leonardo əməli fəaliyyətə başlayıb. Onlar yayda təcrübəli forvardı komandaya cəlb etmək istəyir.

Qeyd edək ki, "Mançester Yunayted" mövsümün sonunda Aquero ilə yollarını ayıracağını açıqlayıb.