"Tuxeli tanımıram. Ona görə də bu məşqçi haqda nəsə deyə bilmərəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Bild" nəşrinə açıqlamasında PSJ-nin yarımmüdafiəçisi Anxel di Mariya deyib. Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Tomas Tuxelin yayda Paris klubunu çalışdıra biləcəyi ilə yayılan xəbərlərə münasibət bildirən argentinalı futbolçu öz gələcəyindən də danışıb:
"PSJ-də qalıb-qalmayacağımı bilmirəm. Nədənsə 100 faiz əmin ola bilməzsən. Qərar mənimlə klub arasında olacaq. Hər iki tərəf eyni fikirdə olmalıdır. Qarşıda hələ 2 oyun var. Görək, necə olacaq".
Di Mariyanın fikrincə, oyunçunun gələcəyi barədə baş məşqçi qərar verə bilməz:
"Məşqçi yalnız öz fikrini bildirə bilər. O, futbolçunun gələcəyi haqda qərar verə bilməz".