PSJ-nin yeni baş məşqçisinin adına aydınlıq gəldi.

Paris təmsilçisini bundan sonra Maurisio Poçettino çalışdıracaq.

Offsideplus.az AS-a istinadla xəbər verir ki, klub rəhbərliyi yeni baş məşqçinin heyət kasadlığından və istədiyi oyun üslubunu tətbiq etməkdən korluq çəkməmək üçün komandanı yeni futbolçularla gücləndirmək niyyətindədir. Həmin futbolçular isə Poçettinoya kifayət qədər tanış simalardır, biri Kristian Eriksendir, digəri Dele Alli.

Danimarkalının keçidində problem görünmür. Lakin Dellinin mövsümün qızğın çağında "Tottenhem"i PSJ-yə dəyişəcəyi inandırıcı görünmür. İstənilən halda PSJ-dəki əsas söz sahibləri baş məşqçini məmnun etmək üçün cəhd edəcək.