Futbol üzrə Fransa çempionatının XVI turunda keçirilmiş "Loryan" - "Renn" (0-3) matçından sonra faciəvi hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, "Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunda görüş başa çatdıqdan 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb.

40 dəqiqə sonra dağıntılar altından çıxarılan işçi ilkin tibbi müdaxilənin ardından xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.