"Lion"un yarımmüdafiəçisi Tiaqo Mendes Neymarı zədələdiyi üçün ölümlə təhdid edilib.
Offsideplus.az xəbər verir ki, dekabrın 12-də baş tutan PSJ - "Lion" görüşündə qonaq komandanın futbolçusu Neymara qarşı kobudluq edərək braziliyalını zədələyib. Meydanı xərəkdə tərk edən Neymarın zədəsinin sonradan çox da ciddi olmadığı üzə çıxıb. Lakin Tiaqo Mendes bu hərəkətinə görə bir neçə şəxsdən ölüm təhdidi alıb.
Təhdidlərdə Tiaqonun sevgilisi Kelliyə "Sevgilinin etdiyi hərəkətə görə Neymara bir şey olsa, bunu canınızla ödəyəcəksiz. Sən və sənin ailən, hamınız", deyilib.
Qeyd edək ki, Neymarın zədəsinin çox da ciddi olmadığı açıqlanıb. Braziliyalı ulduz 2021-ci ilin əvvəllərində komandaya qayıda biləcək.