PSJ-nin braziliyalı futbolçusu Tiaqo Silva 2020-ci ildə komandadan gedəcəyini bildirib.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, komandada kapitanlıq sarğısı daşıyan təcrübəli oyunçu müqaviləsi bitən kimi vətəni Braziliyaya dönəcək. Bu barədə jurnalistlərə açıqlama verən futbolçu uzun müddətdir haqqında gedən söz-söhbətlərə son qoyub. 

2012-ci ildə "Milan"dan 42 milyon avroya Paris təmsilçisinə transfer olunan futbolçu klubu ilə 16 dəfə müxtəlif kuboku başı üzərinə qaldırıb. 33 yaşlı müdafiəçi bu mövsüm ərzində çıxdığı 37 oyunda bir qola imza atıb.