"Lion"un futbolçusu Memfis Depay "Monako" ilə oyunda qol vurduqdan sonra yerlisi Van Deykə dəstək olmağı unutmayıb.

 Offsideplus.az xəbər verir ki, "Liverpul"un Premyer liqada "Everton" ilə gğrüşü zamanı qapıçı Pikfordun Virgili zədələməsinin ardından müdafiəçinin 8 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.

Fransa liqasında "Lion"un "Monako"nu 4-1 məğlub etdiyi matçda hesabı açan Memfis Depay qoldan sonra Van Deykə dəstəyini bildirərək, "Virgil, güclu ol, mənim qardaşım" deyə qeyd edib.

depay revize