Ötən gecə baş tutan PSJ - "Marsel" matçının sonunda oyunçular arasında mübahisə olub.
Offsideplus.az xəbər verir ki, görüş "Marsel"in PSJ üzərində 1:0 hesablı qalibiyyəti ilə başa çatıb. Matçın sonlarına yaxın oyunçular arasında dava düşüb. Hakim hər iki klubun futboçularına qırmızı vərəqə göstərib. Belə ki, PSJ-nin 3 oyunçusu - Paredes, Neymar, Kurzava; "Marsel"dən isə Benedotto və Amavi qırmızı vərəqə ilə cəzalanıb.
Həmin mübahisədən görüntüləri təqdim edirik: