Fransa klubu Azərbaycan millisinin futbolçusu Mustafa Yıldırımı yaxından izləyəcək.
Offsideplus.az xəbər verir ki, “Lill” klubu 21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusunun oyununda iştirak edəcək. Liqa 1 təmsilçisinin idman direktoru Luis Kampos yeni mövsümdə “Alanyaspor”da forma geyinən hücumçunu yaxından izləyəcək.
“Alanyaspor”un gənclərdən ibarət komandasında forma geyinən Mustafa Yıldırım Azərbaycan yığmasına dəvət almış və U-21-in Fransa ilə oyununda (1:2) da iştirak etmişdi.
Kampos, Mustafayla yanaşı, Berke Kılıç, Eyüp Oskan və Arda Okanı da yaxından izləyəcək. Futbolçuların sərgilədikləri performansa görə mövsümün sonunda onlarla bağlı qərar veriləcək.