PSJ ilə müqaviləsi başa çatandan sonra azad agent statuslu futbolçu olan Tiaqo Silvanın yeni komandası müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı braziliyalı müdafiəçi İngiltərənin "Çelsi" klubu ilə 2 illik müqavilə imzalayacaq. Oyunçu ötən gün verdiyi açıqlamada Avropada daha 3-4 il oynamaq niyyətində olduğunu bildirmişdi.
Silva Lissabondan Parisə qayıdan kimi London təmsilçisinin baş məşqçisi Frenk Lempardla danışacaq.
Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir.