"Paris Sen-Jermen"in braziliyalı oyunçusu Tiaqo Silva "Bavariya" ilə matçın çıxdığı son oyun olduğunu deyəndən sonra bunun doğruluğunu təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, 2012-ci ildən bəri PSJ-də oynayan braziliyalı ulduz müqaviləsinin müddətinin başa çatması ilə komandadan ayrılacaq. Azarkeşlərə təşəkkürünü bildirən oyunçu matçdan sonra açıqlamalar verib.
"Bu matç "Paris Sen-Jermen"dəki son matçım idi. Təəssüf edirəm və azarkeşlərdən üzr istəyirəm. Mənə qarşı göstərdikləri sevgi üçün minnətdaram. Bu kluba başqa bir rolda geri dönəcəm. Futbola 3-4 il daha davam etmək və Qətərdə Dünya Kubokunda oynamaq istəyirəm".
Qeyd edək ki, Tiaqo Silva PSJ-də 315 oyunda çıxış edib, 14 qol və 5 ötürmə edib. Fransız klubu ilə 7 dəfə Liqa 1 çempionu olan Silva, 5 dəfə Fransa Kuboku, 6 dəfə Fransa Liqa Kuboku və 7 dəfə Fransa Super Kubokunu başı üzərinə qaldırıb.