PSJ klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verratti zədələnib.

Baldırından zədələnən futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir.

Onun avqustun 12-də keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə oyunu buraxacağı bildirilir.