“Monako” klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niko Kovaçla anlaşıb. Xorvat məşqçi ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kovaç bu postda istefaya göndərilən Robert Morenonu əvəz edib.