Braziliya millisinin və PSJ-nin müdafiəçisi Dani Alves Yeni ili Azərbaycanda qarşılayacaq.
Offsideplus.az xəbər verir ki, bu haqda Türkiyənin “Sabah” qəzeti xəbər yayıb. “Barselona”dakı çıxışları ilə daha çox tanınan 34 yaşlı futbolçunun dekabrın 31-də Bakıdakı “Hilton” otelində təşkil ediləcək Yeni il şənliyinə qatılacağı bildirilib.
Qəzet yazıb ki, bu tədbirə Türkiyənin ünlü diceyi Faruk Sabançı da çıxış edəcək və buna görə 40 min dollar mükafat alacaq.