PSJ-nin müdafiəçi Tiaqo Silva mövsüm sonunda komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, rəhbərlik 35 yaşlı futbolçu ilə müqavilə yeniləmək niyyətində deyil.

Paris klubunun kapitanı PSJ-də qalmaq istəsə də, ona yeni sözləşmə təklif edilməyib. Silva ilə “Tottenhem”in maraqlandığı bildirilir. Braziliyalı müdafiəçinin Premyer Liqaya keçəcəyi gözlənilir.

Qeyd edək ki, oyunçunun klubu ilə müqaviləsi bu ayın sonu başa çatır. O, 2012-ci ildən PSJ-də çıxış edir.