PSJ kapitanı Tiaqo Silva ilə yolları atırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi 35 yaşlı müdafiəçi ilə iyunun sonunda başa çatacaq müqavilə müddətini artırmayacaq. Klubun idman direktoru Leonardo braziliyalı ilə görüşərək, onun xidmətində maraqlı olmadıqları barədə məlumatlandırıb.
Silva bir neçə Braziliya klubu ilə yanaşı, "Everton"un da diqqət mərkəzindədir.
Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən PSJ-nin formasını geyinir.