PSJ klubu dünən Fransa kubokunun yarımfinalında “Lion”u məğlub edib.
Offsideplus.az xəbər verir ki, 5:1 hesabı ilə sona çatan görüş paytaxt təmsilçisinin hücumçusu Edinson Kavani üçün əlamətdar olub. Belə ki, “Lion”la matçda forma geyinən Kavani, PSJ ilə 300-cü rəsmi matçına çıxıb.
Təcrübəli forvard PSJ tarixində ən çox oyun keçirən 9-cu futbolçu olub.