PSJ-nin sabiq baş məşqçisi Unay Emeri Paris təmsilçisindəki çalışdığı dönəmdən danışıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis “Barselona” ilə oynadığı qarşılaşmaları xatırlayıb:

“PSJ-də çempionluq, dörd ölkə kuboku və iki superkubok qazandım. Ancaq azarkeşlər Çempionlar Liqasını istəyirdilər. “Barselona”ya qarşı  ÇL-nin 1/8 final mərhələsinin ilk görüşündə möhtəşəm oyun keçirdik. Ancaq cavab qarşılaşmasında hər şey alt-üst oldu. Aydındır ki, matçın hakimi qərarları ilə nəticəni kölgədə qoydu. Sonrakı mövsüm isə “Real Madrid”ə məğlub olduq. Bu matçın da cavab görüşündə əleyhimizə hakim səhvlər oldu”.

Emerinin son iş yeri "Arsenal" olub. 49 yaşlı mütəxəssis hazırda klubsuzdur.