"Real" Kilian Mbappenin transferi üçün hərəkətə keçir.

Offsideplus.az xəbər verir ki, Zinəddin Zidanın heyətdə görmək istədiyi 21 yaşlı futbolçunun transferi üçün "Real"ın prezidenti Florentino Peresin yayda PSJ-yə 200 milyon avro təklif edəcəyi bildirilir.
Gənc fransalı ulduzun komandanın baş məşqçisi Tomas Tuçellə münasibətləri yaxşı deyil. Belə ki, həftəsonu PSJ-nin "Monpelye"ni 5:0 hesabı ilə yendiyi matçın 68-ci dəqiqəsində Mbappe Mauro İkardi ilə əvəzlənmişdi. Baş məşqçi olduqca əsəbi görünən futbolçu ilə danışmağa çalışsa da, Mbappe onunla görüşmədən ehtiyat oyunçular skamyasına yollanmışdı. Oyundan sonra olayla bağlı açıqlama verən Tomas Tuçel "Birinin kimin oyundan çıxacağına və kimin meydana daxil olmasına qərar verməsi lazımdı. Həmin şəxs mənəm" demişdi. Mbappe isə üzr istəmək niyyətində olmadığını bildirmişdi.