“Olimpik” (Lion) klubu yeni transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Atletiko Paranaense”dən Bruno Gimaraynsı transfer edib.
22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Lion təmsilçisi Bruno üçün Braziliya klubuna 20 milyon avro ödəyəcək.