PSJ klubunun yarımmüdafiəçisi Leandro Paredes "Yuventus"a keçməyə hazırdır.
Offsideplus.az xəbər verir ki, "Yuventus" Emre Canı Paredeslə dəyişmək istəyir. Bu təklif PSJ-ni qane etmir. Paris klubu Canla yanaşı, 15 milyon avro tələb edir.
PSJ argentinalı futbolçunu bu ilin yanvar ayında 47 milyon avro qarşılığında "Zenit"dən transfer edib. Paredes cari mövsümdə 8 dəfə start heyətində meydana çıxıb.