PSJ klubu qarşıdakı qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Paris klubu "Yuventus"un futbolçusu Emre Canı transfer etməyi planlaşdırır. Paytaxt təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün futbolçusu Leandro Paradesi Turin klubuna verməyə hazırdır.

Qeyd edək ki, Emre Can 2018-ci ildən "Yuventus"un formasını geyinir.