"Qalatasaray"ın futbolçusu Hakim Ziyeç İstanbul klubundan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Mənbəyə görə, "cimbom" fiziki cəhətdən zəif olan mərakeşli yarımmüdafiəçi ilə yanvarda vidalaşacaq.

Qeyd edək ki, bu mövsüm 8 matçda meydana çıxan və 309 dəqiqə meydanda qalan 31 yaşlı oyunçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.