PSJ futbolçusu Marko Verrattinin müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2012-ci ildən PSJ-də forma geyinən Verratti parislilərlə 290 rəsmi oyuna çıxıb. Bu matçlarda 9 qol vuran yarımmüdafiəçi 48 də məhsuldar ötürmə edib.

İtaliya millisinin də üzvü olan Verrattinin əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.