“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının ikinci turunda “Valyadolid”ə qarşı keçirilən oyun öncəsi bildirib ki, mümkün transferlər haqda danışmaqdan yorulub.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Sentyabrın 2-nə qədər hər şey mükündür. Digər komandalarda olduğu kimi, bizə də hansısa oyunçu gələ, kimsə də gedə bilər. Buna görə də 2 sentyabrı səbirsizliklə gözləyirəm. Həmin gün tez gəlib çatsaydı, bu söhbətlər də qurtarardı”.
Qeyd edək ki, İspaniyada yay transfer pəncərəsi məhz həmin tarixdə bağlanacaq.