PSJ klubunun uruqvaylı hücumçusu Edinson Kavani karyerasını ABŞ-da davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu ingilis futbolunun əfsanəsi olmuş Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə keçməyə razılıq verib. 32 yaşlı oyunçunun ABŞ klubu ilə 3 illik müqaviləni razılaşdırdığı və gələn ildən orada çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, “İnter Mayami” 2020-ci ildən MLS-də oynayacaq.